Azərbaycan millisinin bir neçə futbolçusu siqaret çəkdiyi üçün cərimələnib

Azərbaycan millisinin bir neçə futbolçusu siqaret çəkdiyi üçün cərimələnib
# 24 oktyabr 2019 00:51 (UTC +04:00)

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində müvafiq yaş qrupuna aid Azərbaycan milli komandasının bir neçə futbolçusunun intizam qaydalarını pozması - siqaret çəkməsi komandanın məşqçi heyəti tərəfindən müəyyən olunub.

APA-nın məlumatına görə, məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib.

Assosiasiya həmin oyunçuların müqavilə ilə məxsus olduqları klubları bu barədə müvafiq qaydada məlumatlandıracaq. İntizam qaydalarını pozan futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar isə baş məşqçi tərəfindən veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR