Azərbaycan millisinin futbolçusu: “Onların arxamda durduğunu hiss edirəm”

Azərbaycan millisinin futbolçusu: “Onların arxamda durduğunu hiss edirəm”
# 17 oktyabr 2019 12:22 (UTC +04:00)

“Son 7 ildə ilk dəfə millinin beynəlxalq oyunlarından kənarda qaldım”.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

Milliləşən legioner AVRO-2020-nin seçmə mərhələsində cəzalı duruma düşdüyündən Macarıstanla qarşılaşmaya, həmçinin Bəhreynlə yoxlama matçına çağırılmayıb. Yığmada keçirdiyi 40 görüşdə 8 qol vuran yarımmüdafiəçi Rəşad Sadıqova məxsus 111 oyunluq rekordu qırmağa çox qaldığını bildirib: “Bu rekordu qırmaq üçün millidə hələ bir neçə il oynamalıyam. Azərbaycandan da xüsusi təkliflər var və avrokuboklarda oynamaq imkanı qazanmaq mümkündür. Lakin “Aue” elə “Aue”dir. Özümü bu komandada çox yaxşı və dəyərli hesab edirəm”.

II Bundesliqada çıxış edən “Aue” ilə müqaviləsini 2025-ci ilə qədər uzadan 29 yaşlı futbolçu ötən mövsümün uğursuzluğundan danışıb: “Mənim üçün yaxşı mövsüm olmadı. Amma həmişə klubuma faydalı olmağa çalışmışam. Yay fasiləsində rəhbərlik və məşqçi ilə əla müzakirələrimiz oldu. Mənə uzunmüddətli müqavilə təklif etdilər. Hamı necə oynadığımı görür. Mən bu komandada inkişaf edirəm. Çünki klub və məşqçinin arxamda durduğunu hiss edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR