Azərbaycan millisinin sabiq futbolçusunun “Sumqayıt”a keçidi rəsmiləşib

Azərbaycan millisinin sabiq futbolçusunun “Sumqayıt”a keçidi rəsmiləşib
# 20 avqust 2019 11:29 (UTC +04:00)

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, son mövsümü "Qəbələ"də keçirmiş İlqar Qurbanov komanda ilə 1 illik müqavilə imzalayıb.

O, yeni komandasında "50" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" komandasının yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun), "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR