Azərbaycan Premyer Liqasında I dövrənin son oyunları keçiriləcək

Azərbaycan Premyer Liqasında I dövrənin son oyunları keçiriləcək
# 04 oktyabr 2019 15:40 (UTC +04:00)

Oktyabrın 5-də Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

APA-nın məlumatına görə, iki gün davam edəcək tur çərçivəsində 4 qarşılaşma keçiriləcək.

Bu oyunlarla mövsümün I dövrəsinə yekun vurulacaq. Öncə “Sumqayıt” “Keşlə”ni qəbul edəcək. Paytaxt təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyə ilk “üçlük”də yollanmaq üçün səfərdən qalib ayrılmalıdır. Meydan sahibləri isə avrokubok zonasına yaxınlaşmaq üçün turu itkisiz keçməlidir.

İlk oyun günü paytaxt derbisi ilə yekunlaşacaq. Çempionatın ən qeyri-sabit komandalarından sayılan “Səbail” “Neftçi”nin qonağı olacaq. İkinci pillədə qərarlaşan qonaqlar mövqeyini qorumaq üçün növbəti qələbəsini qazanmalıdır. Uğursuz startı unutdurmağa çalışan “ağ-qaralar” isə vəziyyətini pisləşdirməmək üçün 3 xal əldə etməlidir.

Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Zirə” və “Qəbələ” Bakıda üz-üzə gələcək. Əyalət təmsilçisi son pillədən qurtulmaq, bakılılar isə liderlər qrupundan uzaqlaşmamaq üçün mübarizə aparacaqlar.

Tura liderin matçı ilə yekun vurulacaq. Ardıcıl 6 qələbə qazanan “Qarabağ” dövrəni itkisiz tamamlamaq üçün “Sabah”ı da yenməlidir. İlk qələbəsini ötən tur qazanan bakılılar isə təhlükəli zonadan uzaqlaşmaq niyyətindədir.

Azərbaycan Premyer Liqası
VII tur

5 oktyabr (şənbə)
“Sumqayıt” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”, 17:00

“Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”, 19:15

6 oktyabr (bazar)
“Zirə” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu, 18:00

“Qarabağ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

1

Qarabağ

6

6

0

0

15-1

18

2

Səbail

6

3

1

2

7-9

10

3

Keşlə

6

3

1

2

8-3

10

4

Neftçi

6

2

2

2

6-5

8

5

Zirə

6

2

1

3

5-8

7

6

Sumqayıt

6

2

0

4

5-9

6

7

Sabah

6

1

2

3

5-5

5

8

Qəbələ

6

1

1

4

2-13

4

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 4 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR