Azərbaycan Premyer Liqasında II dövrə başlayır

Azərbaycan Premyer Liqasında II dövrə başlayır
# 18 oktyabr 2019 16:53 (UTC +04:00)

Sabah Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.

APA-nın məlumatına görə, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq VIII turun ilk oyun günündə iki matç keçiriləcək.

İlk iki pillədə qərarlaşan komandalar autsayderlərlə üz-üzə gələcək. Öncə çempionatın lideri, ilk 7 turda xal itirməyən “Qarabağ” “Qəbələ”nin qonağı olacaq. Günün digər qarşılaşmasında ikinci pilləni qorumaq üçün mübarizə aparan “Keşlə” sonuncu sırada yer alan “Sabah”ı qonaq edəcək.

Mükafatlara iddialı paytaxt klubları “Neftçi” və “Zirə” bazar günü münasibətlərini aydınlaşdıracaqlar. Bu, Zaur Həşimovun qəsəbə klubunun baş məşqçisi postunda debütü ilə əlamətdar olacaq. Tura “Səbail”lə “Sumqayıt” arasında qarşılaşma ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
VIII tur
19 oktyabr (şənbə)

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00

“Keşlə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 19:15

20 oktyabr (bazar)

“Neftçi” – “Zirə”
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”, 17:00

“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 19:30

1

Qarabağ

7

7

0

0

17-1

21

2

Keşlə

7

3

2

2

8-3

11

3

Neftçi

7

3

2

2

8-6

11

4

Səbail

7

3

1

3

8-11

10

5

Zirə

7

2

2

3

6-9

8

6

Sumqayıt

7

2

1

4

5-9

7

7

Qəbələ

7

1

2

4

3-14

5

8

Sabah

7

1

2

4

5-7

5

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 4 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR