Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb.
APA-nın məlumatına görə, turun qarşılaşmaları üç günü əhatə edəcək.
“Qarabağ” avrokuboklarda iştirak etdiyinə görə mövcud əsasnaməyə uyğun olaraq oyunu bir gün sonraya keçirilib.
Ağdamlıların “Qəbələ” ilə matçı avqustun 24-də deyil, ertəsi baş tutacaq.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
II tur
24 avqust (şənbə)
“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 19:00
25 avqust (bazar)
“Sabah” – “Keşlə”
“Bank Respublika Arena”, 18:45
“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”, 21:00
26 avqust (bazar ertəsi)
“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:00