Azərbaycan Premyer Liqasında “qış çempionu” müəyyənləşə bilər

Azərbaycan Premyer Liqasında “qış çempionu” müəyyənləşə bilər
  • Clock-gray 16:39
  • calendar-gray 08 Noyabr 2019

Sabah Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

APA-nın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son turun görüşləri iki günü əhatə edəcək.

Baş tutacaq matçlardan sonra mövsümün ilk yarısını lider kimi başa vuracaq “qış çempionu”nun adına aydınlıq gələ bilər. Bu, iki görüşün nəticəsindən asılı olacaq.

“Neftçi” paytaxt derbisində “Keşlə”nin qonağı olacaq. Azərbaycanın ən titullu klubu liderlə xal fərqinin artmaması üçün səfərdə mütləq qalib gəlməlidir. “Keşlə” qələbə ilə 2-ci sıranı ələ keçirəcək.

Meydan sahiblərinin qələbəsi “Qarabağ”ın “qış çempionu” olmasına yardım edəcək. Ağdamlılar “Zirə”dən 1 xal alsa, ikinci yarıya qədər əlçatmaz olacağı dəqiqləşəcək. Paytaxt derbisində heç-heçə olsa, son çempionu bunun üçün qələbə vacibdir. 

Uğursuzluq zolağında olan “Qəbələ” və “Səbail” əyalət klubunun meydanında görüşəcək. Bakılılar 4-cü pilləni qorumaq üçün səfərdən 3 xalla dönməlidir. Meydan sahibləri isə hesabını artırmaq üçün ilk ev qələbəsini qazanmalıdır.
“Səbail”in büdrəməsini gözləyənlərin duelində “Sabah”la “Sumqayıt” görüşəcək. 3 xala sevinəcək komanda 4-cü pilləyə də yüksələ bilər. 

Azərbaycan Premyer Liqası
XI tur

9 noyabr (şənbə)
“Keşlə” – “Neftçi”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 17:00

“Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 15:00

10 noyabr (bazar)
“Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena”, 16:30

“Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

1

Qarabağ

10

8

2

0

19-2

26

2

Neftçi

10

5

3

2

15-8

18

3

Keşlə

10

4

4

2

11-5

16

4

Səbail

10

3

2

5

8-14

11

5

Sumqayıt

10

3

2

5

11-15

11

6

Sabah

10

2

4

4

10-11

10

7

Zirə

10

2

4

4

10-16

10

8

Qəbələ

10

1

3

6

6-19

6

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 5 qol.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date