Azərbaycan Premyer Liqasında turun rəmzi komandası açıqlanıb

Azərbaycan Premyer Liqasında turun rəmzi komandası açıqlanıb
# 09 oktyabr 2019 11:56 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının VII turunun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib.

APA-nın məlumatına görə, “InStat”ın təhlilinə əsasən “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov turun oyunçusu olub.

O, “Sabah”a qarşı görüşdə (2:0) 90 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Bu, 319 göstərici ilə qiymətləndirilib.

Rəmzi komandada “Qarabağ” hamıdan çox – 4 futbolçu ilə təmsil olunub.

Qapıçı: Stanislav Namaşko - 287 (“Keşlə”)
Müdafiəçilər: Faysal Rerras - 265 (“Qarabağ”)-2, Anastasios Papazoqlu – 281 (“Zirə”), Miyusko Boyoviç - 267 (“Keşlə”)-2, Abbas Hüseynov - 319 (“Qarabağ”)-6
Yarımmüdafiəçilər: Stiven Monroz – 304 (“Neftçi”)-2, Merab Qiqauri - 296 (“Qəbələ”)-2, Şafik Tiqrudja - 255 (“Zirə”)-2, Dani Kintana – 246 (“Qarabağ”)-2
Hücumçular: Maqaye Qeye - 299 (“Qarabağ”)-3, Klesio Bauk - 228 (“Qəbələ”)

Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR