Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb
# 18 noyabr 2019 10:27 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 19-da baş tutacaq matçı azərbaycanlı hakimlər idarə edəcək.

“Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Qeyd edək ki, matç saat 18:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR