Azərbaycan yığması Çexiyaya böyük hesabla uduzaraq qrupdan çıxmaq şansını itirib 

Azərbaycan yığması Çexiyaya böyük hesabla uduzaraq qrupdan çıxmaq şansını itirib 
# 12 oktyabr 2019 21:56 (UTC +04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu milli Çexiya ilə görüşüb.

İlk matçında Norveçə 0:1 hesabı ilə uduzan komanda bu dəfə daha ağır məğlubiyyətlə üzləşib. 7-ci qrupun oyunlarına ev sahibliyi edən çexiyalılar 4 cavabsız qolla böyükhesablı qələbə qazanıblar.

Ardıcıl 2-ci məğlubiyyətini alan yığmamız elit-raunda vəsiqə qazanmaq şansını rəsmən itirib. Çünki növbəti raunda qruplarda ilk iki yeri tutanlar, həmçinin üçüncülər arasında ən yaxşı olan vəsiqə qazanır. Milli isə son turdan asılı olmayaraq bu yerləri tuta bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisi son oyununu oktyabrın 15-də formal xarakterli görüşdə San-Marinoya qarşı keçirəcək.

1

Çexiya

2

2

0

0

10-0

6

2

Norveç

2

2

0

0

9-1

6

3

Azərbaycan

2

0

0

2

0-5

0

4

San-Marino

2

0

0

2

1-14

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR