Azərbaycan yığması ilk qələbəsini qazansa da, qrupda qalıb

Azərbaycan yığması ilk qələbəsini qazansa da, qrupda qalıb
# 08 oktyabr 2019 15:58 (UTC +04:00)

Azərbaycan yığması 19 yaşadək qız futbolçular arasında Avropa çempionatında çıxışını başa vurub.

APA-nın məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda seçmə mərhələdə son oyununu keçirib.

Yığma matçları Portuqaliyada keçirilən 3-cü qrupun III turunda Albaniya ilə görüşüb. Hər iki komanda əvvəlki matçlarda böyükhesablı məğlubiyyətlər aldığından turu adlamaq şansını itirib. Həm ilk iki yerdən birinə, həm də ən yaxşı qrup üçüncüləri sırasına düşmək şansı olmayan komandaların formal xarakterli qarşılaşmasında bir qol vurulub. Dilara Soley Azərbaycan yığmasına qələbə qazandırıb. Nəticədə ilk xallarını toplayan Azərbaycan millisi qrupda 3-cü olub.

Qrupun digər oyununda Almaniya Portuqaliya ilə qarşılaşıb. Yığmamızı 6:0 hesabı ilə məğlub edən komandaların duelində Bundestim son oyununda da qalib gəlib – 4:1.

1

Almaniya

3

3

0

0

18-1

9

2

Portuqaliya

3

2

0

1

16-4

6

3

Azərbaycan

3

1

0

2

1-12

3

4

Albaniya

3

0

0

3

0-18

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR