Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Azərbaycan yığması Lixtenşteynə qalib gəlib
# 14 noyabr 2019 21:16 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu yığma AVRO-2021-in seçmə mərhələsində 6-cı oyununa çıxıb.

Milli Lixtenşteyndən olan həmyaşıdları ilə görüşüb. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan matçın taleyini 1 qol həll edib.

Barış Ekincierin 65-ci dəqiqədə vurduğu top yığmamıza 3 xal qazandırıb. Milli bununla da Lixtenşteyndəki eyni hesablı məğlubiyyətin revanşını alıb.

Qeyd edək ki, bu qələbə ilə xal hesabını 6-ya çatdıran yığma 4-cü pilləyə yüksəlib.

U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
14 noyabr
18:00. Azərbaycan – Lixtenşteyn – 1:0
Qol:
Barış Ekincier, 65
Baş hakim: Loukas Sotiriou
Baş hakimin köməkçiləri: Charalambos Charalambous, İoannis Lazarou
Dördüncü hakim: Kyriakos Christodoulou
(hamısı Kipr)
Sumqayıt. “Kapital Bank Arena” stadionu

1

İsveçrə

3

3

0

0

8-1

9

2

Fransa

2

2

0

0

10-3

6

3

Gürcüstan

3

2

0

1

8-2

6

4

Azərbaycan

6

2

0

4

3-11

6

5

Slovakiya

3

1

0

2

8-9

3

6

Lixtenşteyn

5

1

0

4

3-14

3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR