Azərbaycan yığması qrup lideri ilə qarşılaşacaq

Azərbaycan yığması qrup lideri ilə qarşılaşacaq
# 15 oktyabr 2019 00:56 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

APA-nın məlumatına görə, U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsində mübarizə aparan milli İsveçrə ilə qarşılaşacaq.

Milan Obradoviçin yetirmələri mübarizə apardıqları 2-ci qrupun liderini evdə qəbul edəcək. Ardıcıl iki qələbə qazanan İsveçrə Sumqayıtdakı matçda da qələbə qazanmağa çalışacaq. Keçirdiyi 4 oyunda üç xal toplayan milli beş gün öncə Fransadan aldığı 0:5 hesablı məğlubiyyəti unutdurmaq üçün xal qazanmalıdır.

21 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ
2-ci qrup
15 oktyabr
20:00. Azərbaycan – İsveçrə
Baş hakim:
Novak Simovic (Serbiya)
Sumqayıt. “Kapital Bank Arena” stadionu

1

İsveçrə

2

2

0

0

7-1

6

2

Gürcüstan

3

2

0

1

8-2

6

3

Fransa

1

1

0

0

5-0

3

4

Slovakiya

2

1

0

1

5-4

3

5

Azərbaycan

4

1

0

3

2-10

3

6

Lixtenşteyn

4

1

0

3

3-13

3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR