Azərbaycan yığması San-Marinoya qalıb gəlib

Azərbaycan yığması San-Marinoya qalıb gəlib
# 15 oktyabr 2019 20:24 (UTC +04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

APA-nın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma oyunları Çexiyada keçirilən 7-ci qrupda son matçına çıxıb.

Milli bu gün San-Marino ilə qarşılaşıb. Norveçə 0:1, Çexiyaya 0:4 hesabı ilə uduzduqdan sonra növbəti mərhələ şansını itirən komanda üçün bu görüş formal xarakter daşıyıb.

Futbolçularımız “Cırtdan ölkə” təmsilçisini 2:0 hesabı ilə məğlub ediblər. Yığmanın heyətində Rüfət Abdullazadə və Tural Bayramov fərqləniblər. Bu qələbə sayəsində yığma qrupda 3-cü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR