Azərbaycan yığması seçmə mərhələdə ikinci məğlubiyyətini alıb

Azərbaycan yığması seçmə mərhələdə ikinci məğlubiyyətini alıb
# 05 oktyabr 2019 19:37 (UTC +04:00)

19 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

APA-nın məlumatına görə, 3-cü qrupda qüvvəsini sınayan yığmamız II turda Almaniya ilə görüşüb.

Braqa şəhərindəki matç Bundestimin böyükhesablı qələbəsi ilə başa çatıb. Almaniyalılar yığmamızın qapısından 6 cavabsız top keçiriblər.

Bu, ilk turda Portuqaliyaya 0:8 hesabı ilə uduzan Vüqar Əsgərlinin baş məşqçisi olduğu komandanın ikinci məğlubiyyəti olub. Qrupun bu gün keçiriləcək digər oyununda Portuqaliya ilə Albaniya üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 8-də Albaniya ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR