Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb

Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb
# 19 noyabr 2019 20:10 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Ukrayna ilə qarşılaşıb.

Serbiyalı baş məşqçi Milan Obradoviçin yetirmələri rəqibini “Dalğa Arena”da qəbul edib. Matçın ilk yarısı qolsuz başa çatıb.

Fasilədən az sonra millimiz hesabı açıb. Özan Can Kökçü qonaqların qapısına yol tapıb. 65-ci dəqiqədə Ukrayna yığması bərabərlik topunu vurub. Nazari Rusin fərqlənib – 1:1.

Qarşılaşma qollu heç-heçə ilə başa çatıb. Bu, Azərbaycan millisinin 2019-cu ildəki son görüşü olub və yığma ili heç-heçə ilə tamamlayıb.

U-21-lər arasında yoldaşlıq oyunu
19 noyabr
18:00. Azərbaycan - Ukrayna - 1:1
Hakimlər:
Orxan Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Bakı. “Dalğa Arena” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR