Azərbaycan yığmasına qol vuran futbolçu: “Zərbəm çox yaxşı və qüvvətli alındı”

Azərbaycan yığmasına qol vuran futbolçu: “Zərbəm çox yaxşı və qüvvətli alındı”
# 14 oktyabr 2019 00:19 (UTC +04:00)

“Belə qol vurmaqdan xoşum gəlir. Zərbəm çox yaxşı və qüvvətli alındı”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Mihaly Korhut deyib.

AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı yeganə qolun müəllifi təxminən 28 metrdən qapıya göndərdiyi top barədə fikirlərini açıqlayıb: “Bu qolun vurulmasında trenajor zalındakı hazırlığın da rolunu dana bilmərəm. Toplu məşq zamanı da belə uzaq nöqtələrdən hədəfə düşmək üzərində çalışıram. Bu oyunda məni təəssüfləndirən odur ki, sarı vərəqə aldım. Cəzalı duruma düşdüyümdən seçmə mərhələdəki son matçı buraxmalı olacağam. Mənə elə gəlir ki, bu vərəqəni almaya da bilərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR