Azərbaycan yığmasının baş məşqçisi: “Çox işləməliyik ki, arzuladığımız nəticəyə qovuşaq”

Azərbaycan yığmasının baş məşqçisi: “Çox işləməliyik ki, arzuladığımız nəticəyə qovuşaq”
  • Clock-gray 04:26
  • calendar-gray 11 Sentyabr 2019

“İlk topu birinci hissənin son saniyəsində buraxdıq və qoldan dərhal sonra komandalar fasiləyə yollandılar. İkinci hissədə planımız hücum etmək idi”. 

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis AVRO-2021-in seçmə mərhələsinin Gürcüstanla ev matçındakı 0:3 hesablı məğlubiyyətə şərh verib: “Xüsusilə, cinahlarda sürəti artırmalıydıq.  Ancaq başlayan kimi qırmızı vərəqə almaqla azlıqda qaldıq. Onların “ikinci mərtəbə”də və standart vəziyyətlərdə yaxşı oynadıqlarını bilirdik. Rəqibin daha bir üstünlüyü sürətli əks-hücumlarda təhlükəli olmaqları idi. Buna baxmayaraq, hesabda geri olduğumuza görə, irəli atıldıq. Bu da müdafiədə azalmağımızı şərtləndirdi. Nəticədə, 2 dəfə əks-hücumda yaxalandıq. Zənnimcə, belə diskomfortun səbəbi çoxsaylı sarı vərəqələr idi. Hesab edirəm ki, Hacıağaya göstərilən ilk sarı vərəqə düzgün deyildi”.

M.Obradoviç 0:3 hesabı ilə uduzan futbolçulara təşəkkür edib: “Uşaqlar öz komandalarında elə də çox oynamırlar. Bu gün meydandakı aqressiyaya görə isə onlara ancaq təşəkkür edə bilərəm. Çünki bu, Azərbaycan, bu forma, bu Vətən uğrunda döyüşmək üçün böyük istəkdən irəli gəlirdi. Futbolçularım ardıcıl ikinci qələbəni bayram etməyi çox istəyirdilər. Son iki oyunu ümumiləşdirsək, keçirdiyimiz 4 hissənin 3-dən razı qaldım. Bugünkü görüşün 2-ci hissəsində də istəkli idik. Amma azlıqda qalmağımız öz sözünü dedi. Məqsədimiz hər oyunda futbol oynamaq və rəqibdən ən azı 1 top artıq vurmaqdır. Çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq”.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date