Millinin baş məşqçisi: “Futbolçulara soyuqqanlı olmalarını tapşırdıq”

Millinin baş məşqçisi: “Futbolçulara soyuqqanlı olmalarını tapşırdıq”
# 14 noyabr 2019 21:20 (UTC +04:00)

“Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaq”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis AVRO-2021-in seçmə mərhələsinin Lixtenşteynlə Sumqayıtda keçirilən oyunundan sonra mətbuat konfransı keçirib. O, yığmanın 1:0 hesablı qələbəsi barədə fikirlərini açıqlayıb:

“Fasilədə futbolçularla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbirli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumlara cinahdan çıxırdıq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamalarını tapşırmışdıq.
Bu gün stadionda bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR