Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib

Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib
# 10 sentyabr 2019 16:20 (UTC +04:00)

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

APA-nın məlumatına görə, yığmamız final mərhələsi Litvada təşkil olunacaq mundiala vəsiqə uğrunda mübarizəyə əsas mərhələdən başlayacaq.

Joze Alesionun yetirmələri oyunları Bakı İdman Sarayında baş tutacaq mərhələyə Moldova ilə görüşlə start verəcək. Ertəsi Monteneqro ilə qarşılaşacaq yığma son turda Slovakiya ilə üz-üzə gələcək.

23 oktyabr
17:00. Slovakiya – Monteneqro
20:00. Azərbaycan – Moldova

24 oktyabr
17:00. Moldova – Slovakiya
20:00. Azərbaycan – Monteneqro

26 oktyabr
17:00. Monteneqro – Moldova
20:00. Slovakiya – Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR