Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat edib

Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat edib
# 22 avqust 2019 12:42 (UTC +04:00)

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

APA-nın məlumatına görə, braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.

Braziliyada “Riu Qrande du Sul” klubunu çalışdıran Miltinyo ötən həftə keçirdiyi insultdan sonra xəstəxanaya yerləşdirilib və orada ölüb.

"Professor" ləqəbli baş məşqçi 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Yığmamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR