Azərbaycan yığmasının sonuncu olması bu gün rəsmiləşə bilər

Azərbaycan yığmasının sonuncu olması bu gün rəsmiləşə bilər
# 13 oktyabr 2019 00:12 (UTC +04:00)

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

APA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda çıxış edən Nikola Yurçeviçin yetirmələri Macarıstanla görüşəcək.

Evdə rəqibinə 1:3 hesabı ilə uduzan yığma iddialı rəqibi büdrətməyə çalışacaq. Üç gün öncə Xorvatiyada 0:3 hesablı darmadağına məruz qalan meydan sahibləri bunun acığını çıxmağa köklənib.

Keçirdiyi 5 matçda cəmi bir xal qazanan Azərbaycan yığması uğursuz çıxış etdiyi tsikli qrup sonuncusu kimi başa vurmamaq üçün qalib gəlməlidir. Məğlubiyyət millini indidən sonuncu edə bilər. Bunun üçün Uelsin evdə Xorvatiyadan xal alması yetərli olacaq. Böyük britaniyalılar qalib gəlsələr, milli heç-heçə ilə də 5-ci yeri rəsmiləşdirəcək.

Budapeştdəki “Qrupama Arena” stadionu cəzalı olduğundan matç azarkeşlər üçün qapalı olacaq. Qaydalara görə belə görüşləri yalnız uşaqlar izləyə bilərlər. Meydan sahibləri də tribunalara 15 min azyaşlı fanat toplayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq. Qələbə balkanlılara final mərhələsinə vəsiqə verəcək.


AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
E qrupu
20:00. Macarıstan – Azərbaycan

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya)
Budapeşt. “Qrupama Arena” stadionu

1

Xorvatiya

6

4

1

1

13-5

13

2

Slovakiya

6

3

1

2

10-8

10

3

Macarıstan

6

3

0

3

7-9

9

4

Uels

5

2

1

2

5-5

7

5

Azərbaycan

5

0

1

4

5-13

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR