Azərbaycanlı futbolçunun Fransaya buraxılmamasının səbəbi bilinib

Azərbaycanlı futbolçunun Fransaya buraxılmamasının səbəbi bilinib
  • Clock-gray 21:58
  • calendar-gray 10 Oktyabr 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlının Fransaya buraxılmamasının səbəbi açıqlanıb. 

APA xəbər verir ki, məsələ ilə bağlı AFFA Azərbaycanın Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun bu ölkənin ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.

T.Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb. 

Qeyd edək ki, futbolçu oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date