Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
# 23 avqust 2019 14:39 (UTC +04:00)

Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı təyinat alıb.

APA-nın məlumatına görə, FİFA referisi UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.

Bu qrupun matçları avqustun 28-dən 31-dək keçiriləcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR