Azərbaycanlı hakim "Yuventus"un oyununa təyinat alıb

Azərbaycanlı hakim "Yuventus"un oyununa təyinat alıb
# 14 oktyabr 2019 16:22 (UTC +04:00)

Azərbaycan hakimləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar.

APA-nın məlumatına görə, FİFA referiləri Rəhim Həsənov və Rauf Cabarovun başçılıq etdiyi briqadalar U-19-ların avrokubok yarışında ədaləti qoruyacaqlar.

Oktyabrın 23-də keçiriləcək “Liepaya” (Latviya) - “Porto” (Portuqaliya) matçında baş hakim Rəhim Həsənov, onun köməkçiləri Mübariz Haşımovla Rza Məmmədov olacaq.

Noyabrın 6-da baş tutacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) qarşılaşmasında isə Rauf Cabarova baş hakimin köməkçiləri kimi Namik Hüseynovla Pərvin Talıbov yardım edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR