Bakı klubu paraqvaylı futbolçunu icarəyə götürüb

Bakı klubu paraqvaylı futbolçunu icarəyə götürüb
# 22 iyul 2019 22:08 (UTC +04:00)

Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu qatıb.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi sabiq oyunçusu Sezar Meza Kollini geri qaytarıb.

Klub rəhbərliyi ilə paraqvaylı yarımmüdafiəçi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. O, Rumıniyanın "Universitatya Krayova" klubundan 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, 2013-18-ci illərdə fasilələrlə “Keşlə”də çıxış edən S.M.Kolli Premyer Liqada bu klubun heyətində keçirdiyi 51 matçda 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR