“Barselona” Markus Reşfordu transfer etmək istəyir

“Barselona” Markus Reşfordu transfer etmək istəyir
# 15 oktyabr 2019 11:52 (UTC +04:00)

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.

APA-nın məlumatına görə, “Barselona” hücumçunu heyətinə qatmaq niyyətindədir.

Kataloniyalıların bu istəyinə 21 yaşlı hücumçunun məhsuldarlığı səbəb olub. 180 oyunda 48 qol vuran M.Reşford bu toplardan 8-ni İngiltərə yığmasında vurub.

“Barselona” hücumçunu Luis Suaresin əvəzləyicisi kimi görür. Lakin ingiltərəli Mançester təmsilçisi ilə yeni müqaviləyə bu ilin yayında imza atıb. Bu anlaşma 2023-cü ilin iyununa qədər nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR