“Barselona” startda "Atletik"ə uduzub - VİDEO

“Barselona” startda "Atletik"ə uduzub - VİDEO
# 17 avqust 2019 00:54 (UTC +04:00)

İspaniya La Liqasında 2019/20 mövsümü start götürüb.

APA-nın məlumatına görə, I turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son çempion “Barselona” “Atletik”lə görüşüb. Günün yeganə qarşılaşması Bilbaoda baş tutub. Matçda bir qol vurulub. Son dəqiqələrdə fərqlənən Arits Aduris meydan sahiblərinə üç xal qazandırıb.

Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.

İspaniya La Liqası
I tur
16 avqust
“Atletik” – “Barselona” – 1:0

Aduris, 89

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR