“Barselona”nın futbolçusu 5 həftəlik sıradan çıxıb

“Barselona”nın futbolçusu 5 həftəlik sıradan çıxıb
# 20 avqust 2019 10:27 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

APA-nın məlumatına görə, Kataloniya təmsilçisinin hücumçusu Usman Dembele zədə səbəbindən komandadan ayrı düşüb.

Forvard 5 həftə “Barselona”ya kömək edə bilməyəcək. Tibbi müayinə nəticəsində onun sağ baldır əzələsindən xəsarət aldığı aşkarlanıb.

Qeyd edək ki, 22 yaşlı fransalı La Liqanın I turunun “Atletik”lə görüşündə (0:1) 90 dəqiqə meydanda olub. Həmin matçda zədə səbəbindən oynamayan Lionel Messi isə artıq komanda ilə məşqlərə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR