“Bavariya” İngiltərənin tarixinə düşüb

“Bavariya” İngiltərənin tarixinə düşüb
# 02 oktyabr 2019 10:10 (UTC +04:00)

İngiltərənin “Tottenhem” klubu antirekorda imza atıb.

APA-nın məlumatına görə, London təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin II turunun “Bavariya” ilə ev matçındakı 2:7 hesablı məğlubiyyət tarixə düşüb.

Bu, İngiltərə klublarının avrokuboklar tarixində ən böyükhesablı ev məğlubiyyətini olub. İndiyədək heç bir komanda İngiltərədə meydan sahiblərini 5 və ya daha çox top fərqi ilə məğlub edə bilməmişdi.

“Tottenhem” isə ümumiyyətlə tarixində ilk dəfə öz meydanında 7 top buraxıb. Londonlular ümumiyyətlə bu qədər qola sonuncu dəfə 1996-cı ildə “Nyukasl”la səfər matçında üzülüb.

İngiltərə klubunun baş məşqçisi Maurisio Poçettino karyerasının ən ağır məğlubiyyətini təkrarlayıb. O, 2012-ci ildə “Espanyol”u çalışdırarkən “Real”a 0:5 hesabı ilə uduzub.

“Bavariya” isə özünün avrokuboklarda ikinci ən böyük səfər qələbəsini bayram edib. Münhen təmsilçisi 2014-cü ildə İtaliyada “Roma”nı 7:1 hesabı ilə üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR