“Bavariya” məğlubiyyətdən xilas olub

“Bavariya” məğlubiyyətdən xilas olub
# 17 avqust 2019 00:36 (UTC +04:00)

Almaniya Bundesliqasında 2019/20 mövsümünə start verilib.

APA-nın məlumatına görə, I turun ilk oyun günündə bir matç keçirilib.

Yeganə görüş Münhendə baş tutub. Son çempion “Bavariya” evdə “Herta” ilə qarşılaşıb.

Meydan sahibləri hesabı açsalar da, ardınca iki qol buraxıblar. “Bavariya”nı məğlubiyyətdən Robert Levandovskinin ikinci qolu vuraraq dubla imza atması xilas edib.

Qeyd edək ki, turun digər oyunları avqustun 17-18-də keçiriləcək.

Almaniya Bundesliqası
I tur
16 avqust
“Bavariya” – “Herta” – 2:2

Levandovski, 24, 60 (pen.) – Lukebakio, 36, Qrujiç, 39

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR