BƏƏ-li investorlar “Marsel” klubunu almaqla bağlı danışıqlara başlayıb

BƏƏ-li investorlar “Marsel” klubunu almaqla bağlı danışıqlara başlayıb
# 17 oktyabr 2019 09:43 (UTC +04:00)

Fransanın “Marsel” klubu yaxın müddətdə sahiblərini dəyişə bilər.

APA-nın məlumatına görə, BƏƏ-nin “Emitati” investisiya fondu klubun almaqla bağlı danışıqlara başlayıb.

Ərəb investorlar “Marsel”i PSJ ilə rəqabət aparacaq səviyyəyə qaldırmaq niyyətindədir. Hazırda klubun sahibi Frenk Makkortdur. O, klubu üç il əvvəl alıb.

Qeyd edək ki, 10 qat Fransa çempionu olan “Marsel”in sonuncu uğuru 2009/10 mövsümünə təsadüf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR