“Beşiktaş” Sivasda darmadağınla üzləşib

“Beşiktaş” Sivasda darmadağınla üzləşib
# 18 avqust 2019 00:51 (UTC +04:00)

Türkiyə Super Liqasında ilk tur davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma keçirilib.

İddialılardan “Beşiktaş” “Sivasspor”un qonağı olub. Meydan sahibləri rəqibini üç cavabsız qolla darmadağın ediblər.

Digər oyunlarda qonaqlar seviniblər. “Rizəspor” “Gənclərbirliyi”ni, “Alanyaspor” “Kayserispor”u məğlubiyyətə uğradıb.

Qeyd edək ki, tura avqustun 19-da yekun vurulacaq.

Türkiyə Super Liqası
I tur
17 avqust
“Gənclərbirliyi” – “Rizəspor” – 0:1

Melnyak, 66
“Kayserispor” – “Alanyaspor” – 0:1
Sisse, 86
“Sivasspor” – “Beşiktaş” – 3:0
Yandas, 30, Yatabare, 54, Kılınc, 76

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR