Bundesliqada tur dava ilə yekunlaşıb

Bundesliqada tur dava ilə yekunlaşıb
# 11 noyabr 2019 09:16 (UTC +04:00)

Almaniya Bundesliqasının XI turu qalmaqalla başa çatıb.

APA-nın məlumatına görə, “Frayburq” – “Ayntraxt” görüşü (1:0) kütləvi dava ilə nəticələnib.

Uzatma dəqiqələrində qonaqların müdafiəçisi David Abraham auta çıxan topun dalınca qaçıb. O, bu zaman “Frayburq”un baş məşqçisi Kristian Ştrayxla toqquşub.

54 yaşlı mütəxəssis sürətlə üstünə şığıyan futbolçu ilə toqquşmadan sonra müvazinətini saxlaya bilməyərək yıxılıb. Hər iki komandanın üzvləri hadisə yerinə qaçıblar və kütləvi dava başlayıb.

Matçın referisi Feliks Brix müdafiəçini meydandan qovub. Meydan sahiblərinin ehtiyat oyunçular skamyasındakı futbolçusu Vinçentso Qrifo da qırmızı vərəqə alıb.

Matçdan sonra hadisəyə münasibət bildirən K.Ştrayx onunla toqquşan oyunçunu gənc bizona bənzədib: “Abraham çox emosionaldır. Yanımdan qaçanda mənə dəydi. O, gənc bizondur, mənimsə 54 yaşım var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR