“Çelsi” Olivye Jirunu satmağa razılaşıb

“Çelsi” Olivye Jirunu satmağa razılaşıb
# 16 noyabr 2019 12:47 (UTC +04:00)

Fransa millisinin futbolçusu Olivye Jiru karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındır.

Apasport.az-ın məlumatına görə, İngiltərənin “Çelsi” klubunun hücumçusu “İnter”ə keçə bilər.

Artıq onun keçidi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə olunub. London təmsilçisi 33 yaşlı oyunçusunu satmağa razılaşıb.

“Çelsi” O.Jiru üçün 5,7 milyon avro qiymət qoyub. Milanlılar bu məbləği ödəsə, hücumçu artıq qış fasiləsində yeni komandasına qoşulacaq.

Qeyd edək ki, O.Jiru heyətə düşməkdə çətinlik çəkdiyindən “Çelsi”ni tərk etmək istəyir. O, cari mövsümdə Premyer Liqanın yalnız 4 qarşılaşmada iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR