Çempionlar Liqası: 10 komanda mərhələ adlayıb - VİDEO

Çempionlar Liqası: 10 komanda mərhələ adlayıb - VİDEO
# 18 iyul 2019 01:06 (UTC +04:00)

Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, cavab oyunları çərçivəsində 10 matç keçirilib.

Bu oyunlardan sonra “Dandalk”, “Qarabağ”, “Rusenborq”, AİK, “Ferensvaroş”, BATE, ÇFR, “Seltik”, “Maribor” və "Sutyeska" klubları II təsnifat mərhələsinə yüksəliblər. Məğlub olan 10 komanda isə Avropa Liqasına yollanıb.

Qeyd edək ki, digər 6 oyun bir gün öncə baş tutub.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
17 iyul

20:30. "Riqa" (Latviya) – "Dandalk" (İrlandiya) – 0:0, pen.4:5
İlk oyun - 0:0
21:00. "Rusenborq" (Norveç) – "Linfild" (Şimali İrlandiya) – 4:0
Konradsen, 20, 51, David, 69, Helland, 85
İlk oyun - 2:0
21:00. "Qarabağ" (Azərbaycan) – "Partizani" (Albaniya) – 2:0
Ozobiç, 51, Kintana, 90
İlk oyun - 0:0
21:00. AIK (İsveç) – "Ararat" (Ermənistan) – 3:1
Qoitom, 46, 52, Larsson, 62 (pen.) – Kobiyalko, 77
İlk oyun - 1:2
21:30. "Lüdoqorets" (Bolqarıstan) – "Ferensvaroş" (Macarstan) – 2:3
Terziyev, 24, Heyster, 69 (avtoqol) – Xaratin, 17, Skvarka, 21, Nquen, 48
İlk oyun - 1:2
22:00. "Pyast" (Polşa) – BATE (Belarus) – 1:2
Çervinski, 21 – Moukam, 82 (pen.), Volkov, 87
İlk oyun - 1:1
22:00. ÇFR (Kluj, Rumıniya) – "Astana" (Qazaxıstan) – 3:1
Omrani, 11, 74, Postnikov, 26 (avtoqol) – Murtazayev, 5
İlk oyun - 0:1
22:15. "Maribor" (Sloveniya) – "Valyur" (İslandiya) – 2:0
Kronaveter, 11, Tavares, 32
İlk oyun - 3:0
22:15. "Sutyeska" (Monteneqro) – "Slovan" (Slovakiya) – 1:1, pen. 3:2
Nediç, 90 – Sporar, 49
İlk oyun - 1:1
22:45. "Seltik" (Şotlandiya) – "Sarayevo" (Bosniya və Herseqovina) – 2:1
Kristi, 26, Makqreqor, 76 – Tatar, 63
İlk oyun - 3:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR