Çempionlar Liqasının II təsnifat mərhələsinin bütün cütləri bəlli olub.
APA-nın məlumatına görə, I təsnifat mərhələsində qalib gələn 16 komanda turu adlayıb.
Bu klublar, həmçinin ilk raunddan azad olan 4 komanda növbəti mərhələnin 10 cütünü təşkil edib.
Qeyri-çempionlar yolunda isə mübarizəyə başlayacaq iki cüt öncədən məlum idi.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 23-24 və 30-31-də keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar yolu
TNS (Uels) - “Kopenhagen” (Danimarka)
BATE (Belarus) - "Rusenborq" (Norveç)
ÇFR (Kluj, Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail)
"Ferensvaroş" (Macarstan) - "Valletta" (Malta)
"Dandalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)
"Saburtalo" (Gürcüstan) - ”Dinamo” (Xorvatiya)
"Seltik" (Şotlandiya) - "Nomme Kalyu" (Estoniya)
"Srvena Zvezda" (Serbiya) - HİK (Finlandiya)
"Sutyeska" (Monteneqro) - APOEL (Kipr)
"Maribor" (Sloveniya) - AIK (İsveç)
Qeyri-çempionlar yolu
“Viktoriya” (Çexiya) - “Olimpiakos” (Yunanıstan)
PSV (Hollandiya) - “Bazel” (İsveçrə)