Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatıb

Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatıb
# 14 avqust 2019 00:57 (UTC +04:00)

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilib.

APA-nın məlumatına görə, cavab qarşılaşmaları çərçivəsində 10 matç baş tutub.

Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edib. Qalib gələn 10 komanda yarışın pley-off mərhələsinə yüksəlib.

Azərbaycan çempionu “Qarabağ” da səfərdə 2:1 hesabı ilə qalib gəldiyi Kipr APOEL-inə evdə 0:2 hesabı ilə uduzduğundan qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qonşu Türkiyənin vitse-çempionu “Başakşəhər” isə Yunanıstan “Olimpiakos” ilə dueldən məğlub ayrılıb. İstanbullular hər iki matçda rəqiblərinə uduzublar.

Günün sensasiyasına gəldikdə, bu, Portuqaliyada baş verib. Səfərdə "Krasnodar"a 1:0 hesabı ilə qalib gələn "Portu" evdə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
13 avqust
Çempionlar yolu

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 0:2
İlk oyun – 2:1
21:00. “Rusenborq” (Norveç) - “Maribor” (Sloveniya) - 3:1
İlk oyun – 3:1
22:00. "Ferensvaroş" (Macarstan) – “Dinamo” (Xorvatiya) - 4:0
İlk oyun - 1:1
22:00. “Kopenhagen” (Danimarka) – “Srvena Zvezda” (Serbiya) - 1:1, pen. 6:7
İlk oyun – 1:1
22:30. “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) - 3:2
İlk oyun - 2:2
22:45. "Seltik" (Şotlandiya) – ÇFR (Kluj, Rumıniya) - 3:4
İlk oyun - 1:1
Liqa yolu
21:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika) - 3:3
İlk oyun - 0:1
22:30. “Olimpiakos” (Yunanıstan) – “Başakşəhər” (Türkiyə) - 2:0
İlk oyun - 1:0
22:30. LASK (Avstriya) – “Bazel” (İsveçrə) - 3:1
İlk oyun - 2:1
23:00. “Portu” (Portuqaliya) – “Krasnodar” (Rusiya) - 2:3
İlk oyun - 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR