Çempionlar Liqasında ilk oyunlara yekun vurulub - VİDEO

Çempionlar Liqasında ilk oyunlara yekun vurulub - VİDEO
# 11 iyul 2019 01:54 (UTC +04:00)

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

APA-nın məlumatına görə, ikinci oyun günündə 8 matç baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın Albaniyada “Partizani” ilə qüvvəsini sınadığı (0:0) gündə təmsilçimizin potensial rəqibləri də meydana çıxıblar. Ağdam klubunun yer aldığı cütün qalibinin rəqibini müəyyənləşdirməli olan “Riqa” (Latviya) və “Dandalk”ın (İrlandiya) duelində də hesab açılmayıb.

“Partizani” – “Qarabağ” cütündə Çempionlar Liqasında vidalaşan komanda isə Avropa Liqasında böyük ehtimalla “Şerif”lə görüşəcək. Moldovada “Saburtalo”dan (Gürcüstan) üç cavabsız qol buraxan Tiraspol təmsilçisinin mərhələ keçmək şansları minimuma enib.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində digər 8 matç bir gen öncə baş tutub.

Çempionlar Liqası
I təsnifat mərhələsi
10 iyul
19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) – 0:0
21:00. "Şerif" (Moldova) – "Saburtalo" (Gürcüstan) – 0:3

Roloviç, 30, Koxreidze, 67, Kakubava, 71
21:00. BATE (Belarus) - "Pyast" (Polşa) – 1:1
Draqun, 64 – Pajiçak, 36
22:00. "Ferensvaroş" (Macarstan) - "Lüdoqorets" (Bolqarıstan) – 2:1
Nquan, 6, Priskin, 65 – Sverçok, 31
22:15. "Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro) – 1:1
Sporar, 82 – Koyaseviç, 90
22:45. "Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç) – 0:2
Yensen, 22, Soderlund, 69
22:45. "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya) – 0:0
00:00. "Valyur" (İslandiya) - "Maribor" (Sloveniya) – 0:3

Periçiç, 42, Hotiç, 60, Kronaveter, 86 (pen.)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR