Çempionlar Liqasında pley-off mərhələsi başlayır

Çempionlar Liqasında pley-off mərhələsi başlayır
# 20 avqust 2019 01:12 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 6 qarşılaşma iki gün ərzində baş tutacaq.

Çempionlar yolunda 4, Liqa yolunda 2 matç keçiriləcək. Qrup mərhələsinə vəsiqələrə iddiaçıların yarısı bu gün, yarısı sabah meydana çıxacaq. Azərbaycan çempionu “Qarabağ” mübarizəni dayandırdığı üçün qitənin ən nüfuzlu klub turnirində təmsilçimiz qalmayıb.

Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 27-28-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

20 avqust
Liqa yolu

23:00. LASK (Avstriya) - “Brügge” (Belçika)
Çempionlar yolu
23:00. ÇFR (Kluj, Rumıniya) - “Slaviya” (Çexiya)
23:00. APOEL (Kipr) - “Ayaks” (Hollandiya)

21 avqust
Çempionlar yolu

23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya)
23:00. "Dinamo” (Xorvatiya) - “Rusenborq” (Norveç)
Liqa yolu
23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR