Çempionlar Liqasında qrup mərhələsi start götürür

Çempionlar Liqasında qrup mərhələsi start götürür
# 17 sentyabr 2019 00:17 (UTC +04:00)

Bu gün futbol üzrə Çempionlar Liqasında 2019/20 mövsümünün əsas mərhələsi start götürəcək.

APA-nın məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində ilk oyunlarına çıxacaq.

İlk turun görüşləri iki günü əhatə edəcək. Hər oyun günündə 4 qrupun hərəsində iki matç keçiriləcək.

Türkiyə çempionu “Qalatasaray” sentyabrın 18-də meydana çıxacaq. İstanbul klubu Belçikada “Brügge”nin qonağı olacaq.

Qonşu ölkə təmsilçisinin yer aldığı A qrupunun digər matçında favoritlər görüşəcək. PSJ Fransada “Real”ı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” III təsnifat mərhələsində Kipr APOEL-inə uduzub (2:1, 0:2) Avropa Liqasına yollandığı üçün ən güclülərin mübarizəsində təmsilçimiz qalmayıb.

Çempionlar Liqası
Qrup mərhələsi
I tur

17 sentyabr

E qrupu
23:00. “Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə)
23:00. “Zalsburq” (Avstriya) – “Genk” (Belçika)

F qrupu
20:55. “İnter” (İtaliya) – “Slaviya” (Çexiya)
23:00. “Borussiya” (D, Almaniya) – “Barselona” (İspaniya)

G qrupu
20:55. “Lion” (Fransa) – “Zenit” (Rusiya)
23:00. “Benfika” (Portuqaliya) – “Leypsiq” (Almaniya)

H qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya)
23:00. “Ayaks” (Hollandiya) – “Lill” (Fransa)

18 sentyabr

A qrupu
20:55. “Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə)
23:00. PSJ (Fransa) – “Real” (İspaniya)

B qrupu
18:55. “Olimpiakos” (Yunanıstan) – “Tottenhem” (İngiltərə)
23:00. “Bavariya” (Almaniya) – “Srvena Zvezda” (Serbiya)

C qrupu
23:00. “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə)
23:00. “Dinamo” (Z, Xorvatiya) – “Atalanta” (İtaliya)

D qrupu
23:00. “Atletiko” (İspaniya) – “Yuventus” (İtaliya)
23:00. “Bayer” (Almaniya) – “Lokomotiv” (Rusiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR