Çempionlar Liqasında turun ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında turun ən yaxşı futbolçusu bəlli olub
# 04 oktyabr 2019 14:26 (UTC +04:00)

Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu müəyyənləşib.

APA-nın məlumatına görə, həftənin oyunçusu mükafatına “Bavariya”nın futbolçusu Serj Qnabri layiq görülüb.

24 yaşlı vinger UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Tottenhem”lə qarşılaşmada poker etməsi rol oynayıb.

Qeyd edək ki, “Bavariya” səfərdə 7:2 hesabı ilə qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR