Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb
# 18 iyun 2019 16:53 (UTC +04:00)

Çempionlar Liqasının 2019/20 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub.

Mərasimdə yarışa bu raunddan başlayan 31 komanda və ilkin mərhələnin qalibi olacaq klub 16 cütlük təşkil edib.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da baş tutacaq. Cavab matçları isə bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, ilkin mərhələnin iyunun 25-dəki yarımfinalında “Feronikeli” (Kosovo) - “Linkoln” (Cəbəllütariq) və "Tre Penne" (San-Marino) - “Santa Koloma” (Andorra) cütləri görüşəcək. Kosovonun Priştina şəhərindəki turnirin finalı isə ayın 28-də baş tutacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatması sabah baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
9-10 və 16-17 iyul

"Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya)
"Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)
"Ararat" (Ermənistan) - AIK (İsveç)
"Astana" (Qazaxıstan) - ÇFR (Kluj, Rumıniya)
"Lüdoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarstan)
"Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro)
"Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Herseqovina)
"Şerif" (Moldova) – "Saburtalo" (Gürcüstan)
"Düdelanj" (Lüksemburq) - "Valletta" (Malta)
"Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç)
"Valyur" (İslandiya) - "Maribor" (Sloveniya)
"Dandalk" (İrlandiya) - "Riqa" (Latviya)
TNS (Uels) - İlkin mərhələnin qalibi
HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları)
BATE (Belarus) - "Pyast" (Polşa)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR