Çempionlar Liqası: PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb

Çempionlar Liqası: PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
  • Clock-gray 02:33
  • calendar-gray 12 Mart 2020

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, 1/4 finalın növbəti iştirakçıları Fransa və İngiltərədə müəyyənləşib.

Fransa paytaxtı PSJ ilə “Borussiya”nın duelinə şahid olub. Azarkeşsiz keçirilən matçda meydan sahibləri ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağı bacarıblar. Birinci hissədə iki cavabsız qol vuran fransızlar bunun sayəsində mərhələ adlamağa müvəffəq olublar.

Yarışın son qalibi “Liverpul” öz meydanında “Atletiko”nu qəbul edib. İspaniyada rəqibinə  0:1 hesabı ilə uduzan "qırmızılar" “Enfild Roud”da da 90 dəqiqəni eyni hesablı qalibiyyətlə tamamlayıblar. İki matçın ümumi nəticəsi heç-heçə olduğundan, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Yurgen Kloppun yetirmələri burada fərqi 2 topa da çatdırıblar. Lakin madridlilər bundan sonra nəinki fərqi azaldıblar, hətta geridönüş edərək qələbəni də rəsmiləşdiriblər. Yekunda son finalçı "Tottenhem"in ardından çempion da pley-offun ilk duelindəcə mübarizəni dayandırıb.

Beləliklə, "Leypsiq" və "Atalanta"dan sonra PSJ ilə "Atletiko" da 1/4 finala vəsiqə qazanıblar. 1/8 finalın digər dörd cavab qarşılaşması isə martın 17-18-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0
Qollar: 
Neymar, 28; Bernat, 45+1
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”
İlk oyun – 1:2

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:0. ə.v. 1:3
Qol: 
Veynaldum, 43, Firmino, 94 - Llorente, 97, 105+1, Morata, 120+1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”
İlk oyun – 0:1

ApaSport

Digər xəbərlər