Çempionlar Liqası: 1/8 finalın səbətləri dəqiqləşib

Çempionlar Liqası: 1/8 finalın səbətləri dəqiqləşib
  • Clock-gray 02:02
  • calendar-gray 12 Dekabr 2019

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması dekabrın 16-da atılacaq.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsini adlayan 16 komanda püşkdən öncə 2 səbətə bölünüb.

Qrup qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alıblar. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə səkkiz cüt dəqiqləşəcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar qarşılaşa bilməyəcək.

Səpələnmişlər
“Barselona” (İspaniya)
“Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya)
“Leypsiq” (Almaniya)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
PSJ (Fransa)
“Valensiya” (İspaniya)

Səpələnməmişlər
“Atalanta” (İtaliya)
“Atletiko” (İspaniya)
“Borussiya” D (Almaniya)
“Çelsi” (İngiltərə)
“Lion” (Fransa)
“Napoli” (İtaliya)
“Real” (İspaniya)
“Tottenhem” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları fevralın 18-19, 25-26-da, cavab matçları martın 10-11, 17-18-də keçiriləcək.

ApaSport

Digər xəbərlər