DÇ-2022: Seçmə mərhələnin oyun günləri açıqlanıb

DÇ-2022: Seçmə mərhələnin oyun günləri açıqlanıb
# 05 dekabr 2019 12:24 (UTC +04:00)

DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunlarını vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 10 qrupda mübarizə aparacaq 55 yığmaların matçları 2021-ci ildə baş tutacaq.

Bununla da Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarının da vaxtı bəlli olub. 5 komandalı qrupda yer alacaq yığmalar iki oyun günündə istirahət şansı qazanacaq.

Seçmə mərhələdə beş qrupda 5, beş qrupda 6 milli çıxış edəcək. Qaliblər birbaşa DÇ-2022-yə yüksələcək. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2020/21 mövsümünün iki ən yaxşı qrup qalibi pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq. Pley-off 2022-ci ildə təşkil olunacaq.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin oyun günləri
1-ci tur: 25-27 mart 2021
2-ci tur: 28-30 mart 2021
3-cü tur: 4-5 iyun 2021
4-cü tur: 7-8 iyun 2021
5-ci tur: 2-4 sentyabr 2021
6-cı tur: 5-7 sentyabr 2021
7-ci tur: 7-9 oktyabr 2021
8-ci tur: 10-12 oktyabr 2021
9-cu tur: 11-13 noyabr 2021
10-cu tur: 14-15 noyabr 2021
Pley-offun yarımfinalı: 24-25 mart 2022
Pley-offun finalı: 28-29 mart 2022

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR