Dominik Livakoviç: “Azərbaycanla müqayisədə çox güclü olduğumuzu düşünürdük”

Dominik Livakoviç: “Azərbaycanla müqayisədə çox güclü olduğumuzu düşünürdük”
# 10 sentyabr 2019 09:44 (UTC +04:00)

“Azərbaycanla matçda xal itkisi planlarımıza daxil deyildi”.

APA-nın məlumatına görə, bunu Xorvatiya milli komandasının futbolçusu Dominik Livakoviç deyib.

Balkanlıların qapıçısı AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə Bakıda keçirilən oyunu barədə fikirlərini açıqlayıb. D.Livakoviç 1:1 hesablı heç-heçəyə üzüldüyünü bildirib: “Oyuna çox yaxşı başladıq. Matçın gedişində oyuna nəzarəti əldən verdik. Buna görə üzülürəm. Ola bilər ki, Azərbaycanla müqayisədə çox güclü olduğumuzu düşünürdük. Futbolda belə halların nəticəsi pis olur. Azərbaycan millisinin daha çox imkanı oldu. İndi bizə Macarıstana qalib gəlmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR