“Düdelanj” – APOEL oyununun yeri dəyişdirilə bilər

“Düdelanj” – APOEL oyununun yeri dəyişdirilə bilər
# 22 noyabr 2019 13:00 (UTC +04:00)

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibləri olan “Düdelanj” və APOEL arasında matçın yeri dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Lüksemburq klubunun üzləşdiyi problemdir.

“Düdelanj”ın ev oyunlarını keçirdiyi “Jozi Bartel” stadionunun ot örtüyü bərbad vəziyyətdədir. Avropa Liqasının matçını qəbul etmək iqtidarında olmaması UEFA-nın diqqətindən yayınmayıb.

Qurum Lüksemburq çempionuna sərt ultimatum verib. Kiprin APOEL klubu ilə noyabrın 28-də keçiriləcək matça qədər arenanın ot örtüyü yenilənməlidir. Əks-halda isə qarşılaşma başqa yerə keçiriləcək.

Ot örtüyünün yenilənməsi üçün 150 min dollar tələb olunur. Lakin bu xərclər də “Düdelanj” – APOEL görüşünün bu arenada baş tutmasına təminat vermir. Klubun prezidenti Romen Şumaxer UEFA nümayəndələri ilə danışıqlar apararaq, 50 min avroluq xərclə qazondakı problemlərin qismən aradan qaldırılmasına razı salmaq istəyib.

Lakin UEFA güzəştə getmək niyyətində deyil. Avropa Liqasının “Sevilya” ilə matçı, həmçinin AVRO-2020-nin seçmə mərhələsinin Lüksemburq – Portuqaliya matçlarının bərbad vəziyyətdə olan stadionda keçirilməsi qurumu da qəzəbləndirib. “Düdelanj” Lüksemburq Futbol Federasiyasına təklif edib ki, xərcləri öz aralarında bölməklə problemi həll etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR