Eddi İsrafilov Uelslə oyunda Azərbaycan yığmasının heyətində olmayacaq

Eddi İsrafilov Uelslə oyunda Azərbaycan yığmasının heyətində olmayacaq
  • Clock-gray 09:56
  • calendar-gray 12 Noyabr 2019

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

APA-nın məlumatına görə, İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcək.

Bu səbəbdən də onun əvəzinə millinin heyətinə "Zirə"dən Elvin Camalov çağırılıb.

Buna səbəb E.İsrafilovun milliyə dəvət olunması barədə "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problemdir. Buna görə klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.

Məsələ ilə bağlı AFFA tərəfindən FİFA-ya müvafiq qaydada məlumat verilib.

E.İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date