Ektor Kuper Özbəkistan millisindən ayrılıb

Ektor Kuper Özbəkistan millisindən ayrılıb
# 23 sentyabr 2019 12:43 (UTC +04:00)

Futbol üzrə Özbəkistan milli komandasının baş məşqçisi Ektor Kuper vəzifəsini tərk edib.

APA-nın məlumatına görə, 64 yaşlı argentinalı mütəxəssislə Özbəkistan Futbol Federasiyası arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Buna yığmanın uğursuz nəticələri səbəb olub. 2018-ci ilin yayında imzalanan 3+1 illik anlaşmaya imza atan çalışdırıcı Özbəkistan yığmasında gözlənilən nəticəni verməyib.

E.Kuperin yetirmələri Asiya kubokunda 1/8 finalda mübarizəni dayandırıb. Özbəkistan DÇ-2022-nin II seçmə mərhələsinin ötən ay baş tutan görüşündə Fələstinə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, E.Kuper karyerası ərzində Gürcüstan, Misir, Özbəkistan yığmalarını, həmçinin İspaniyada “Valensiya”, “Malyorka”, “Betis”, İtaliyada “İnter”, “Parma” kimi klublarda çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR